...

Palata: Banklarda valyuta çatışmazlığı yoxdur (YENİLƏNİB)

Gündəm Materials 17 Aprel 2018 10:43 (UTC +04:00)
Azərbaycanda banklarda valyuta çatışmazlığı yoxdur.
Palata: Banklarda valyuta çatışmazlığı yoxdur (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda banklarda valyuta çatışmazlığı yoxdur.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

O qeyd edib ki, Mərkəzi Bank bankları vaxtında valyuta ilə təmin edir, buna görə də təşvişə heç bir səbəb yoxdur:

"Türk lirəsi və rus rublunun məzənnəsinin ABŞ dollarına nisbətdə müşahidə edilən volatilliyi Azərbaycanda da müəyyən psixoloji gərginlik yaradıb. Lakin bu, sadəcə psixoloji amildir, təşvişə səbəb yoxdur".

İ.Alışov bildirib ki, son həftələr ərzində ölkədə valyuta alışı həcmi adambaşına təqribən 800-1300 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti