...

Vyanalı iştirakçı: "Bakı Marafonu" kimi tədbirlərin təşkili möhtəşəm ideyadır

Gündəm Materials 13 May 2018 11:12 (UTC +04:00)
"Bakı Marafonu" kimi tədbirlərin təşkili möhtəşəm ideyadır.
Vyanalı iştirakçı: "Bakı Marafonu" kimi tədbirlərin təşkili möhtəşəm ideyadır

Bakı. Elçin Mehdiyev - Trend:

"Bakı Marafonu" kimi tədbirlərin təşkili möhtəşəm ideyadır.

Bunu Trend-ə marafona Avstriyanın paytaxtı Vyanadan gələn Horst Kaufmann deyib.

O, Bakıya məhz marafonda iştirak etmək üçün gəldiyini bildirib: "İki il əvvəl Bakı marafonuna qatılmışdım, yəni bu mənim ikinci marafonumdur. Düşünürəm ki, bu marafonun təşkili möhtəşəm ideyadır. Hər bir şəhər üçün belə tədbirin keçirilməsi vacibdir".

H.Kaufmann Bakıya növbəti dəfə tam marafonda iştirak üçün gələcəyinə ümid etdiyini deyib.

"İstərdim ki, Bakıda tam marafon (42 kilometr - red.) təşkil edilsin. Belə olan halda Bakıya növbəti dəfə gəlib yenə marafona qatılacağam".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti