...

Azərbaycanla Aİ arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensial var

Gündəm Materials 18 May 2018 13:23 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensial var.
Azərbaycanla Aİ arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensial var

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı üçün böyük potensial var.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 1-ci Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı zamanı Aİ-nin Bakı ofisinin əməkdaşlıq şöbəsinin rəhbəri Eron Uilyams deyib.

O bildirib ki, eyni zamanda Azərbaycan məhsulunun keyfiyyətinin Aİ standartlarına çatdırılması üçün işləri davam etdirmək lazımdır:

“Bu gün Azərbaycan qida məhsullarının yalnız 5 faizi Aİ bazarlarına çatır. Ümumilikdə Aİ bazarına yalnız 10-20 ölkə məhsul ixrac edə bilir. Bu gün təkcə qida təhlükəsizliyi standartlarının təmin olunması Avropa ölkələrinə ixracat üçün kifayət etmir. Bir çox iri riteylerlər həmin məhsulun ekoloji və etik standartlara uyğun istehsal olunduğunu təsdiq edən sənədlər də tələb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti