...

İş axtaranların nəzərinə! Dövlət İmtahan Mərkəzi işçi axtarır

Gündəm Materials 29 May 2018 11:15 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasını bacaran mütəxəssislərin işə qəbulunu elan edib.
İş axtaranların nəzərinə! Dövlət İmtahan Mərkəzi işçi axtarır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasını bacaran mütəxəssislərin işə qəbulunu elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, işəgötürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Mütəxəssislərin funksiyaları test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsindən ibarətdir.

Mütəxəssislər Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika, xarici dil (ingilis, rus, alman, fransız) ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalı, Azərbaycan dilini mükəmməl bilməli, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdırlar. Onlar, həmçinin “Microsoft Office” proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidirlər.

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir.

Maraqlanan şəxslər CV-lərini iyunun 30-dək [email protected] elektron poçt ünvanına göndərmələdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti