...

Paytaxtda restorandakı yanğının qarşısı alınıb (YENİLƏNİB)

Gündəm Materials 19 İyun 2018 11:03 (UTC +04:00)
Bakıda restoranda yanğın baş verib.
Paytaxtda restorandakı yanğının qarşısı alınıb (YENİLƏNİB)

İlk xəbər saat 10:17-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakıda Binəqədi rayonunda restoranda baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

X X X

10:17

Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda restoranda yanğın baş verib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Nərimanov rayonu ərazisində tikinti materialları mağazasında da yanğın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti