...

Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?

Gündəm Materials 28 İyun 2018 16:36 (UTC +04:00)
Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?
Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?

Bakı. Trend:

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibini elan edəcəyi ilkin tarix açıqlanıb.

Trend-in məlumatına görə, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçısının hökumətin yeni tərkibini iyulun 8-dən sonra açıqlaya biləcəyini deyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Türkiyə KİV-ləri R.T.Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk Prezidenti kimi birinci rəsmi səfərinin Şimali Kiprə və Azərbaycana olacağını yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti