...

Bakıda dəmir yolunda qətl törədən şəxsə 10 il cəza verildi

Gündəm Materials 9 İyul 2018 13:10 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Bakıl şəhər sakini Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda dəmir yolunda qətl törədən şəxsə 10 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Bakıl şəhər sakini Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Sənan Əzimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Sənan Əzimov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevral ayında Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində - dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Polejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. S.Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti