...

Cəlilabadda tüfeyli həyat sürən şəxs zibillikdə öldü

Gündəm Materials 16 İyul 2018 13:32 (UTC +04:00)
Cəlilabad rayonunda zibillikdən meyit tapılıb.
Cəlilabadda tüfeyli həyat sürən şəxs zibillikdə öldü

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunda zibillikdən meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə Cəlilabad rayonunun Kommunal Müəssisələri Kombinatının məişət tullantıları poliqonunda baş verib.

Poliqonda naməlum kişi meyiti aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində həmin meyitin 15 fevral 1956-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay və işsiz, Cəlilabad şəhəri, Əzizbəyov küçəsində qeydiyyatda olan Məmmədov Arzu Xudu oğluna məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, A.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş və yaşadığı konkret ünvan yoxdur.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti