...

Ölkədə hepatitlə bağlı STATİSTİKA açıqlandı

Gündəm Materials 27 İyul 2018 11:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya 8936 nəfər müraciət edib.

Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, müraciət edənlərin 57 faizi kişi, 43 faizi qadın olub: "Ümumi müraciət edənlər arasında 73 nəfərdə hepatit C virusu, 27 faiz insanda isə hepatit B olub. Müraciət edənlər arasında sağlam daşıyıcılar da olub. Belə ki, 1042 nəfərdə virus olsa da, xəstəlikləri yoxdur. Yəni onların hələ müalicəyə ehtiyacı yoxdur. Düzgün şəkildə qidalansalar, ömürlərinin sonuna qədər sağlam yaşaya bilərlər".

H.Qədirova qeyd edib ki, eyni anda həm B, həm də D viruslu hepatitə yoluxan insanların sayı 160 nəfər, həm B, həm də C virusuna isə 156 nəfər olub: "493 nəfər isə serroz olub. 1259 nəfərdə müalicəyə əks göstəriş olub. Bundan başqa, 59 nəfərdə hepatit A, 160 nəfərdə hepatit B, 154 nəfərdə isə hepatit C virusu artıq xroniki hal alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti