...

Avropa Nevrologiya Akademiyası Azərbaycanı sentyabr ayının ölkəsi seçdi (FOTO)

Gündəm Materials 7 Sentyabr 2018 14:44 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2011-ci ildə təsis edilmiş Nevroloqların Milli Assosiasiyası ölkəmizdə və xaricdə bir sıra konqres və seminarlar təşkil edib, beynəlxalq cəmiyyətlərin üzvlüyünə qəbul olunub, irimiqyaslı layihələrə qoşulub.

Səhiyyə nazırliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nevroloqların Milli Assosiasiyası 2011-ci ildən Avropa Nevrologiya Akademiyanın üzvüdür. Hər il bu qurum tərəfindən təşkil edilən konfranslara azərbaycanlı nevroloqların elmi işləri təqdim olunur. 2012-ci ildə Assosiasiya Avropa Nevrologiya Akademiyasının Regional Təlim kursunun Azərbaycanda keçirilməsi üçün müraciət edib və 2014-cü ilin iyununda Bakıda üçgünlük təlim kursu təşkil olunub.

Avropa Nevrologiya Akademiyası bir neçə müddətdir ki, internet səhifəsində təqvim ilinin hər ayını cəmiyyətlə aktiv əlaqədə olan ölkələrdən birinə həsr edərək “Ayın ölkəsi” rubrikası yaradıb. Rubrika son aylarda Almaniya, Polşa, Portuqaliya, Slovakiya, Belorusiya və s. kimi ölkələrin nevrologiyasına həsr edilib.

Sentyabr ayı isə Azərbaycan üçün ayrılıb və məqalədə Azərbaycan mədəniyyəti, o cümlədən qısa olaraq ölkəmizin görməli yerləri, mətbəxi və incəsənəti barədə məlumat verilib. Bundan başqa məqalədə Azərbaycan nevrologiyasının tarixi və hazırki vəziyyəti, tibb, rezidentura təhsilləri barədə də məlumatlar yer alıb.

Məqaləni Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Nevroloqlarının Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva və kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Rahim Əliyev hazırlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti