...

Bakı Nəqliyyat Agentliyindən sürücülər üçün fleşmob (VİDEO)

Gündəm Materials 13 Sentyabr 2018 10:09 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fleşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib.
Bakı Nəqliyyat Agentliyindən sürücülər üçün fleşmob (VİDEO)

Bakı. Samir Əli - Trend:

Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir. Bu çərçivədə fleşmob hazırlanıb.

Trend-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fleşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib.

Fleşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə eləcə də qadağan edilən digər yerlərdə park etməyərək, bununla da digərlərinə nümunə olduqlarını bildiriblər.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir: "Məhz hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti