...

Tovuzda 40 yaşlı kişinin başına dəmir düşdü, ağır yaralandı

Gündəm Materials 17 Sentyabr 2018 13:15 (UTC +04:00)
Tovuz sakini ehtiyatsızlıqdan xəsarət alıb.
Tovuzda 40 yaşlı kişinin başına dəmir düşdü, ağır yaralandı

Bakı. Samir Əli - Trend:

Tovuz sakini ehtiyatsızlıqdan xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Sadıqov İqbal Oruc oğlu evinin həyətində gəzərkən başına ağır dəmir parçası düşüb.

Hadisə nəticəsində İ.Sadıqov baş nayihəsindən ağır xəsarət alaraq xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti