...

Rezidenturaya boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlanıb

Gündəm Materials 21 Sentyabr 2018 18:05 (UTC +04:00)
Rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək məqsədi ilə müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət edib.
Rezidenturaya boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlanıb

Bakı. Trend:

Rezidenturaya boş qalan plan yerlərinə aparılan müsabiqənin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək məqsədi ilə müsabiqə şərtini ödəmiş 45 namizəd ərizə ilə müraciət edib.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2018-ci il sentyabrın 24-də müvafiq quruma:Qəbul olmuş 15 namizədin siyahısı

İş nömrəsi

Topladığı bal

Qəbul olduğu ixtisasın kodu

228102

112

337116

228141

101

313245

228153

112

313359

228219

106

313261

228251

103

311682

228263

99

313472

228353

96

313489

228520

100

361124

228658

101

311511

228702

102

363117

228737

123

311869

228788

97

313489

228822

102

313245

228880

104

313334

228983

97

361181

– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;

– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizədlər Naxçıvan MR Səhiyyə Nazirliyinə və ya Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

2018/2019-cu tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 24.09.2018-ci il tarixində saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Ünvan: Akad. M.Mirqasımov küç. 1A

Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın və ya məcburi köçkün statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın və ya məcburi köçkün vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
  • baza ali tibb təhsili haqqında diplomu;
  • xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
  • xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Rezidenturaya qəbul olan və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti