Bakı. Trend:
Bakıda 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.
Məqsəd “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir.
Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.
(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248)