...

Tovuzda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb - SİYAHI

Gündəm Materials 16 Oktyabr 2018 10:48 (UTC +04:00)
Tovuz rayonu ərazisində "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Tovuzda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb - SİYAHI

Bakı. Samir Əli - Trend:

Tovuz rayonu ərazisində "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, rayonun Heydər Əliyev prospektində "VAZ 2104" və VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Əlibəyli kəd sakini, 1991-ci il təvəllüdlü Quliyev Vüsal Vəli oğlu, "Semzavod" qəsəbə sakini, 1990-cı il təvəllüdlü Böyükkişiyev Seymur Nəriman oğlu, Tovuz şəhəri, Xətai küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Fətdayeva Leyla Hikmət qızı və 1958-ci il təvəllüdlü Əliyeva Kifayət Məmməd qızı, Yuxarı Öysüzlü kənd sakini, 1987-ci il təvllüdlü Məmmədov Elvin Fazil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti