Baş Prokurorluq: Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundu

Baş Prokurorluq: Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundu

Bakı. Samir Əli - Trend:

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bununla belə, ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektləri tərəfindən əhalinin haqlı narazılığına səbəb olan dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi hallarına rast gəlinir ki, belə hallara qarşı ciddi mübarizə tədbirləri davam etdirilir.

Məlumat verildiyi kimi, respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şirkətlərin keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmələri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyevin şirkətin fəaliyyətini vergi ödəyicisi kimi Vergilər Nazirliyində dayandırmasına baxmayaraq, həmin şirkətin faktiki olaraq Satış şöbəsinin müdiri Hafiz Orucov və Satış təmsilçilərinin qrup rəhbəri Asim Kərimov ilə qabaqcadan əlbir olaraq birlikdə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqda davam etməsinə, ölkəyə “Epidbiomed”, “Loğman Farm” və “Gömrük Hospitalı” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu məqsədlə adları qeyd edilən şəxslərin respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində işləyən ayrı-ayrı həkimlərə və digər tibb işçilərinə əvvəlcədən müəyyən edilmiş məbləğlərdə pul və qiymətli hədiyyələrin verilməsi müqabilində müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunmasına nail olmalarına, bu yolla dərmanları Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən dərman satışı nöqtələrinə paylayaraq dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Göstərilən cinayətkar niyyətlərə nail olmaq üçün Müşfiq Nağıyevin, Hafiz Orucov və Asim Kərimov “Epidbiomed” şirkətinin təsisçisi və faktiki rəhbəri Namiq Əliyev, direktoru Surxay Mustafayev, direktor müavini Kamal Məmmədov, həmin şirkətdə həkim işləməklə gömrük sənədləşdirilməsi işlərinin icrası həvalə edilmiş Zaur Mustafayev, habelə “Loğman Farm” şirkətinin direktoru Hamlet Mehdizadə, direktor müavini Elnur İsgəndərov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini Fərman Məmmədli ilə qabaqcadan əlbir olub aralarında əldə olunmuş razılığa uyğun olaraq mərhələli şəkildə müxtəlif vaxtlarda ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə külli miqdarda - 340 min manat dəyərində dövlət qeydiyyatından keçməyən dərman vasitələrini idxal etmələrinə, eləcə də həmin dərman vasitələri daxil olmaqla ölkə ərazisində istehsal edilmiş digər dərman peraparatları ilə birlikdə ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət cəmi 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrini Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 saylı ünvanda yerləşən “Sanimed” MMC-nin icarəyə götürdüyü anbarlarda, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 saylı ünvanında yerləşən apteklərində, “Loğman Farm” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 15 A, “Epidbiomed” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, Nəsimi küçəsi 5 saylı ünvanlarda yerləşən anbarlarında saxlayaraq satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu hallar öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub.

Qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edildiyindən, həmin şəxslərdən Fərman Məmmədlinin barəsində Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığı üçün onun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərilmiş, cinayətkar dəstənin digər üzvlərinin barələrində Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslərin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edildiyindən Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev, Kamal Məmmədov, Elnur İsgəndərov, Surxay Mustafayev, Zaur Mustafayev və Hamlet Mehdizadəyə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Fərman Məmmədli barəsində isə Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığına görə onun Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi hallarına, habelə bu sahədə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.

Xalq artisti Eldar Quliyev vəfat edib
Xalq artisti Eldar Quliyev vəfat edib
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Bütün xəbərlər