...

Dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi təklif olunur

Gündəm Materials 17 Noyabr 2018 13:36 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, təkliflər hökumətə göndərilib:

"Dövlət qulluğu ilə bağlı qanunvericiliyə kifayət qədər təkliflər var. Bunlar əsasən sertifikatlar və sertifikat əldə edən şəxslərin müsahibədə iştirakı ilə bağlıdır. Təkliflərdən biri də fəlsəfə doktorları olan şəxslərin dövlət qulluğunun imtahan mərhələsindən azad edib, birbaşa müsabiqə mərhələsindən keçərək işə qəbul edilməsi ilə bağlıdır. Qanun çox böyük həcmlidir. Dəyişikliklər qanun qəbul olunanda tam şəkildə olmalıdır ki, mexanizm çevik olsun. Rəhbər vəzifələrə imtahanlarda iştirak etmək istəyən şəxslərin çox azdır. Bu sahədə kifayət qədər boş yer var. İnzibati vəzifələrdə işləmək istəyənlərin sayı kifayət qədərdir. Onların çoxu bundan uğurla keçə bilmir, yalnız 1/3 hissəsi uğurlu olur. Bu da onu göstərir ki, müsahibə mərhələsinə namizədlər məsuliyyətli yanaşmır. Namizədlərə olan tələblər yüksəkdir və o tələblərə uyğun olan namizədlərin sayı azdır. Yüksək keyfiyyətli namizədlər isə əməkhaqqı yüksək olan özəl sektorda iş yerini rahat və tez tapırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti