...

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci günü: Ən yaxşı anlar (FOTO)

Gündəm Materials 17 Noyabr 2018 21:31 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci yarış günü başa çatıb .
Akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci günü: Ən yaxşı anlar (FOTO)

Bakı. Trend:

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci yarış günü başa çatıb.

Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Trend bu möhtəşəm yarışı əks etdirən ən maraqlı fotoları təqdim edir:

Xəbər lenti

Xəbər lenti