...

Bakıda sərnişin taksi sürücüsünü qarət etdi - 150 manatını alıb qaçdı

Gündəm Materials 21 Noyabr 2018 23:01 (UTC +04:00)
Bakıda taksi sürücüsü naməlum şəxs tərəfindən qarət edilib.
Bakıda sərnişin taksi sürücüsünü qarət etdi - 150 manatını alıb qaçdı

Bakı. Samir Əli - Trend:

Bakıda taksi sürücüsü naməlum şəxs tərəfindən qarət edilib.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

1991-ci il təvəllüdlü Həsənov Fuad Elçin oğlu polisə müraciət edərək bildirib ki, taksi sürücüsü kimi idarə etdiyi "Hyundai Accent" markalı 99 KL 207 dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir sərnişini sifariş əsasında Xətai rayonu, Saroyeva küçəsi, ev 13-ün qarşısına gətirdiyi zaman sərnişin onun 150 manat pulunu əlindən alaraq qaçıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti