...

Paytaxtın mərkəzində binanın fasadını təmir edən fəhlə yıxıldı (VİDEO)

Gündəm Materials 23 Noyabr 2018 19:54 (UTC +04:00)
Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.
Paytaxtın mərkəzində binanın fasadını təmir edən fəhlə yıxıldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadrlarının üstünə düşüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti