...

David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir

Gündəm Materials 9 Dekabr 2018 19:49 (UTC +04:00)

Bakı. Trend:

Bu növbədənkənar parlament seçkiləri - Ermənistan tarixində ən biabırçı seçkilərdir.

Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ermənistan Respublika partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan bildirib.

Onun sözlərinə görə, təəssüf ki, seçkiqabağı təbliğat kampaniyası belə az davam edib: "Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir. Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb".

Jurnalistlərin keçmiş seçkilərdə daha ciddi pozuntuların olması ilə bağlı iralarına D.Şahnazryan bildirib: "Amma o zaman hakimiyyət demirdi ki, bu, qalaktikada ən ədalətli seçkilərdir".

O vurğulayıb ki, bu gün ölkə üçün çox mühüm gündür: "Mən Ermənistan vətəndaşlarının düzgün seçim etdiyindən şübhə etmirəm. Mən bir seçki bülletenini - çətin ki, hansı bülletenin olduğunu anlayasınız - zərfə, ikisini isə cibimə qoydum. Çünki onları digər 8-i ilə birlikdə zibil vedrəsinə atmaq istəmirdim".

D.Şahnazaryan saxladığı bülletenləri saat 20:00-dan sonra Ermənistanın Respublika partiyasının qərargahında göstərəcəyinə dair söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti