Bakı. Trend:
Azərbaycanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BƏƏ-nin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.
Görüşdə maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.