...

Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb

Gündəm Materials 22 Fevral 2019 16:49 (UTC +04:00)
Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb.
Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ildə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı təqribən 900 min nəfər təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 5 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, Rusiya Azərbaycan üçün əsas və vacib turizm tərəfdaşıdır.

F.Zenqstşmid qeyd edib ki, iki ölkə arasında çox gözəl nəqliyyat əlaqəsi var, bu da turizmin inkişafı üçün mühüm əhəmiyyətə malikdir:

"Daha bir müsbət məqam dil maneəsinin olmamasıdır. Azərbaycanda əksəriyyət rus dilində əla danışır və rusiyalı qonaqlara zəruri kömək göstərməyə həmişə hazırdır. Bundan başqa, rusiyalıların Azərbaycana səyahəti üçün vizaya ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti