...

XƏBƏRDARLIQ! Bazar günü hava şəraiti kəskinləşəcək

Gündəm Materials 1 Mart 2019 12:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 3-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
XƏBƏRDARLIQ! Bazar günü hava şəraiti kəskinləşəcək

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 3-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, martın 03-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin sürəti 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti