...

"Azərbaycan Dəmir Yolları" QSC-nin maşinisti teplovozdan yıxılıb öldü

Gündəm Materials 17 Aprel 2019 09:47 (UTC +04:00)
Bakıda maşinist teplovozdan yıxılaraq ölüb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin maşinisti teplovozdan yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda maşinist teplovozdan yıxılaraq ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Z.Bünyadov prospektində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti