...

Bakıda 79 yaşlı kişi naməlum avtomobillə vurulub

Gündəm Materials 31 May 2019 17:36 (UTC +04:00)
Bakıda yaşlı kişini maşın vurub.
Bakıda 79 yaşlı kişi naməlum avtomobillə vurulub

Bakı. Samir Əli - Trend:

Bakıda yaşlı kişini maşın vurub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R. Rüstəmov küeçəsi 27 ünvanında baş verib.

Həmin ünvanın qarşısında naməlum avtomobil Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Əbdülrəhimov Rasim Qədir oğlunu vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti