...

Müəllim olmaq istəyənlərin 46 faizi növbəti mərhələyə keçə bildi

Gündəm Materials 25 İyul 2019 12:25 (UTC +04:00)
Builki müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən 41 288 namizəddən 18 881-i (46%) növbəti mərhələyə vəsiqə qazanıb.
Müəllim olmaq istəyənlərin 46 faizi növbəti mərhələyə keçə bildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Builki müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən 4 1288 namizəddən 18 881-i (46%) növbəti mərhələyə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib: "Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçənilkindən daha yüksək nəticə əldə ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti