...

Lisey və gimnaziyaların təmayül sinifləri üçün tədris planları təsdiqləndi

Gündəm Materials 31 İyul 2019 15:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə imzalanıb.

Əmrə əsasən, təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış saatlar müəyyən edilmiş qaydada istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti