...

Sumqayıt sakini Qaradağda "Vaz"ı aşırdı, arvadı öldü

Gündəm Materials 14 Avqust 2019 15:47 (UTC +04:00)
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt sakini Qaradağda "Vaz"ı aşırdı, arvadı öldü

Bakı. Samir Əli - Trend:

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb.

Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti