...

Mingəçevirdə beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Gündəm Materials 28 Avqust 2019 09:00 (UTC +04:00)
Mingəçevirdə beşmərtəbəli binada yanğın olub.
Mingəçevirdə beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə beşmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti