...

"Qarabağ" "Linfild"ə qalib gəldi - 2:1

Gündəm Materials 29 Avqust 2019 21:53 (UTC +04:00)
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb
"Qarabağ" "Linfild"ə qalib gəldi - 2:1

Bakı. Trend:

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:1 hesabla qalib gəlib.

Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə çıxır.

Qeyd edək ki, "Qarabağ" indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

29 avqust

20:00. "Qarabağ" - "Linfild" – 2:1

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti