...

Aşura günü ilə bağlı qanvermə aksiyasına başlanılıb

Gündəm Materials 10 Sentyabr 2019 08:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başlayıb.

Trend-in məlumatına görə, ümumilikdə respublika üzrə 32 yerdə qanvermə aksiyası keçirilir.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.

Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu "İmam Əli məscidi", Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, "Mir Mövsüm ağa Ziyarətgahı", Nəsimi rayonu "Əjdər bəy məscidi" (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi", Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı", Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı", Suraxanı rayonu "Qaracuxur məscidi", Yasamal rayonu "Təzəpir məscidi", "Hacı Soltanəli məscidi", "Hacı Cavad məscidi", regionlar üzrə isə Gəncə şəhəri "İmamzadə kompleksi", Lənkəran şəhəri "Böyük bazar məscidi", Mingəçevir şəhəri "Heydər məscidi", Sumqayıt şəhər "Cümə məscidi", Şəki şəhəri "İmam Əli məscidi", Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Ağsu Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi", Biləsuvar rayonu "Cümə məscidi", Göyçay Əbdülfəzlil Abbas məscidi, Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan rayonu "Hacı Tağı məscidi", Şirvan şəhər məscidi, Nizami rayon "Sahibəzzaman məscidi", Sabunçu rayon İmam Riza məscidində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti