...

Azərbaycan - Xorvatiya oyununa bilet qalıb?

Gündəm Materials 9 Sentyabr 2019 15:05 (UTC +04:00)
Bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 8 min bilet satılıb.
Azərbaycan - Xorvatiya oyununa bilet qalıb?

Bakı. Samir Əli - Trend:

Bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 8 min bilet satılıb.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, demək olar ki, oyun üçün satışa buraxılan biletlərin böyük əksəriyyəti satılıb: "Oyun keçiriləcək stadion təxminən 10 min nəfərə qədər azarkeş qəbul etmək gücündədir. Bunun da bir hissəsində texniki məslələrlə bağlı işlər görüldüyündən stadion 9 minə yaxın azarkeş qəbul edə bilər. 8 mindən artıq bilet isə artıq satılıb. Günün sonuna qədər qalan biletlərin də satılacağı gözlənilir".

F.Abdulla bildirib ki, oyunun keçirilməsi üçün stadionda bütün hazırlıqlar görülüb.

Xatırladaq ki, bu gün futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli yığma komandası Xorvatiya milli yığması ilə qarşılaşacaq. Oyun saat 20:00-da "Bakcel Arena"da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti