Bakı. Samir Əli - Trend:
Bakıda xəstə kişi binadan yıxılıb ölüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, ev 7, mənzil 670-də yaşayan 1954-cü il təvəllüdlü Yunusov Rasim Məhəmməd oğlunun üzərində bədən xəsarətləri olan meyiti yaşadığı binanın həyətindən aşkarlanıb.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə, yaşadığı evin balkonuna və meyitə baxış keçiriblər.
İlkin ehtrimala görə, R.Yunusov bu gün səhər saatlarında yaşadığı evin balkonundan yıxılaraq dünyasını dəyişib və o, qan təzyiqindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.