...

Qaxda yol qəzasında 3 nəfər ağır yaralandı

Gündəm Materials 17 Sentyabr 2019 15:41 (UTC +04:00)
Qax rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qaxda yol qəzasında 3 nəfər ağır yaralandı

Bakı. Samir Əli - Trend:

Qaxda rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda yaralıların müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti