...

Küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Gündəm Materials 21 Sentyabr 2019 13:07 (UTC +04:00)
Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib
Küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə sabah günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib.

Bu barədə Trend “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə istinadən məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti