Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq oktyabrın 19-da Bakıda keçirilən qanunsuz aksiya zamanı polis əməkdaşlarının AXCP sədri Əli Kərimliyə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “Facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Belə ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunub.

Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.

Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb.

Bundan sonra barəsində qanunamüvafıq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə gətirilib. Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılıb.

Həmçinin, Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.

Bununla yanaşı, qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassız olmaqla Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə fiziki qüvvə tətbiqi polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib.

İpək Yolu Kuboku: Abasovla Cobava liderliyə yüksəldi
İpək Yolu Kuboku: Abasovla Cobava liderliyə yüksəldi
Stiven Monroz "Neftçi"dən gedə bilər
Stiven Monroz "Neftçi"dən gedə bilər
İbrahimoviç məşq zamanı zədə alıb
İbrahimoviç məşq zamanı zədə alıb
Loading Bars
Xəbər lenti
ABŞ-ın nüfuzlu jurnalında QHT-lərin Ermənistan sevgisini ifşa edən məqalə dərc edilib
Tehranda zəlzələ olub
17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir - XİN
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ (FOTO)
Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb (FOTO)
Moldovanın dövlət başçısı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Sabah Bakıda 29 dərəcə isti olacaq
Ötən gün 26 cinayətin üstü “isti izlər”lə açılıb
Azərbaycan nefti bahalaşıb
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub
Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər
Lənkəranda zəlzələ olub
Bakıda qəza yolda tıxaca səbəb oldu (FOTO)
Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq
Norveç arxeoloqları 1 700 yaşlı stolüstü oyun tapıb
Estoniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Bakıda mənzildən qadın meyiti tapıldı
ADA Universiteti Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə Hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb
Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib
Adil Əliyev: Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
Masallıda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı
Emin Hacıyev: Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir
Bu ərazilərdə su olmayacaq
Tailandda radiostansiyada atışma - Ölənlər var
İpək Yolu Kuboku: Abasovla Cobava liderliyə yüksəldi
Kapital Bank POS terminal komissiyalarına endirim etdi
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov
Şəki sakinindən narkotik vasitə götürüldü
Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur
Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
Könül Nurullayeva: Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir
Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib
Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi
Materik Çində sutkada bir yoluxma faktı qeydə alınıb
Türkiyə sahillərində zəlzələ baş verib
Zaqatalada yanğın olub
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən az artıb
Torontoda atışma olub: 3 nəfər yaralanıb
Moskvada sutkada 73 nəfər koronavirusdan ölüb
Astara rayonunda top mərmisi tapılıb
Ermənistan koronavirus epidemiyasının ikinci dalğasını yaşayır
Bakıda evdən kişi meyiti tapılıb
Daha 24 nəfər Bakıdan Qazaxıstana gəmi ilə yola salınıb
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
Türkiyədə son sutkada koronavirusdan 1 492 nəfər sağalıb
Ermənilərin böyük yalanları (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər (FOTO)
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib (VİDEO)
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
Ombudsmanın Gəncə Regional Mərkəzi növbəti onlayn hüquqi maarifləndirmə tədbiri keçirib
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü
Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
Stiven Monroz "Neftçi"dən gedə bilər
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Bütün xəbərlər