...

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

Gündəm Materials 16 Yanvar 2020 13:13 (UTC +04:00)
İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin strateji hədəflərindən danışıb
Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin strateji hədəflərindən danışıb.

Trend-in məlumatına görə, bu 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında baş verib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin ortamüddətli perspektivdə strateji hədəfi dünyada orta iqtisadi artımdan geri qalmayan iqtisadi artımı təmin etmək, uzunmüddətli perspektivdə isə bu göstəricini yüksəltməkidir.

M.Cabbarov qeyd edib ki, bunun üçün hökumət tərəfindən bir sıra məqsədlər müəyyən edilib:

“Bunlar qeyri-neft məhsul və xidmətlərin ixracının artırılması, sənayenin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, özəl investisiyaların üstün rolunun yüksəldilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın əsas qüvvəsinə çevrilməsi, eləcə də şəffaflğın artırılması və kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti