...

Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 24 Fevral 2020 12:23 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.
Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub (FOTO) (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:27-də yayımlanıb

Bakı. Trend:

Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində düşmən atəşindən dünyasını dəyişən əsgərin fotosu yayılıb.

Trend-in məlumatına görə, qəhrəmancasına şəhid olmuş Vəliyev İbrahim Ələmşah oğlunun şəkili yaxınları tərəfindən paylaşılıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə bildirilib ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti