...

Polis Hövsanda yas mərasimi verən 10 nəfəri saxladı

Gündəm Materials 6 İyul 2020 13:00 (UTC +04:00)
Bakıda yas mərasimi təşkil etmək istəyən səxslər polislər tərəfindən saxlanılıb
Polis Hövsanda yas mərasimi verən 10 nəfəri saxladı

Bakı. Samir Əli - Trend:

Bakıda yas mərasimi təşkil etmək istəyən səxslər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınmışdı. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Buna baxmayaraq bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərmişdir. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti