...

Hoteldən çıxarıldığına görə sosial şəbəkədə jurnalistləri təhqir edən şəxs həbs edildi

Gündəm Materials 6 İyul 2020 14:29 (UTC +04:00)
Hoteldən çıxarıldığına görə sosial şəbəkədə jurnalistləri təhqir edən şəxs həbs edildi

Bakı. Trend:

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq hoteldə istirahət edən zaman "İnstagram" hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Trend-in məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat XidmətiTrend-ə faktı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti