...

Bakıda polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib

Gündəm Materials 7 İyul 2020 22:03 (UTC +04:00)
Bakıda polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib

Bakı. Trend:

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti