...

Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir

Gündəm Materials 27 İyul 2020 17:39 (UTC +04:00)
Paytaxtda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir

Bakı. Trend:

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyətinə icazə verilən qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılmaqla yanaşı, qoruyucu vasitədən düzgün istifadə etməyən, icazəsiz hərəkət edən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud qaydalar izah olunur.

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti