...

I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

Gündəm Materials 25 Avqust 2020 10:40 (UTC +04:00)
I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytından əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti