...

Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı

Gündəm Materials 21 Sentyabr 2020 15:01 (UTC +04:00)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində xəsarət alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti