...

Bakı metropolitenində qaydalara riayət etməyənlər barəsində tədbir görüləcək - Polis (FOTO)

Gündəm Materials 15 Oktyabr 2020 12:06 (UTC +04:00)
Bakı metropolitenində qaydalara riayət etməyənlər barəsində tədbir görüləcək - Polis (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı metropolitenində təhlükəsizlik məqsədilə nəzarət profilaktik tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən reyd zamanı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, tədbirlərin keçirilməsində məqsəd sərnişinlərin sağlamlığının qorunması və koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasıdır:

"Bu məqsədlə nəzərdə tutulan bütün tədbirlər icra olunur. Metro daxilində, vestibüllərdə, qatarlarda mövcud qayda və normalara riayət edilməsi tövsiyə olunur. Sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, qoruyucu maskalardan istifadə edilməsinə və digər bütün normalara ciddi riayət olunmasına nəzarət edilir".

Xidmət rəisi bildirib ki, bu gün əvvəlki dövrlərlə müqayisədə hərəkət iştirakçıları daha məsuliyyətli və diqqətli olmalıdırlar: "Hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Unutmayaq ki, ön cəbhədə döyüşdə mübarizə aparan Azərbaycan Ordusunun hər bir əsgərinə arxa cəbhədə də biz koronavirusla mübarizədə öz səfərbərliyimizi nümayiş etdirməklə onlara dəstək olmuş oluruq. Hər kəs də qaydalara, mövcud normalara əməl etməklə borcunu yerinə yetirməlidir. Mövcud qaydalara riayət etməyən şəxs və ya şəxslər barəsində qanunvericiliyin normalarına uyğun şəkildə tədbirlər görülür və görüləcək. Burada da əsas məqsəd hər bir hərəkət iştirakçısının qaydalara əməl etməyə təşviq etməkdir. Hər kəs həm özünün, həm də ətrafdakı digər hərəkət iştirakçılarının sağlamlığını müdafiə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti