...

Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib

Gündəm Materials 15 Oktyabr 2020 17:25 (UTC +04:00)
Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib

Bakı. Trend:

Finlandiyanin Helsinki şəhərində "Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə qarşı təcavüzünə "dayan" deyək" adli aksiya kecirilib. Ölkə parlamentinin önündə gerçəkləşdirilən aksiya Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın və Finlandiyada yasayan azərbaycanlıların təşəbbusu ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada Finlandiya Azərbaycanlıları Cəmiyyətinin huquqsunasi Gülzar İsmayıl, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova, Finlandiya Azərbaycanlılarının nümayəndəsi Leylı Hüseynova və gənc fəal soydaşımız Mona Savojifar çıxış ediblər. Natiqlər yerli mətbuatda Dağlıq Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasına etirazlarını bildiriblər. Ermənistanın Azərbaycanın qədim və əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etməsinin 27 illik xronikasına nəzər salınıb.

Çıxış edənlər, oktyabrın 11-də gecə saat 2 radələrində Azərbaycanın ikinci şəhəri Gəncənin mülki yaşayış məntəqələrinə və infrastrukturuna raket zərbələri endirdiyini nəzərə çatdırıblar.

Ölkənin bas naziri Sanna Marinçə, xarici işlər naziri Pekka Haavistoya, Avropa İttifaqi naziri Tytti Tuppurainenə, Sosial-Demokrat Partiyasının parlament qrupunun rəhbəri və üzvlərinə, İsveç partiyasinin sədri və üzvləri, Yaşıllar Partiyasının parlamet qrupunun rəhbəri və üzvlərinə ünvanlanan bəyanat oxunub.

Tədbir iştirakçıları Finlandiya Parlamentini, ATƏT-in Mınsk qrupunun Finlandiya uzrə təmsılcisini, dunya ictimaiyyətini və beynəlxalq təskilatları Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırması, Azərbaycan torpaqlarının isgaldan dərhal və qeyd-şərtsiz azad etməsi, beynəlxalq qanunlara uyğun davranması üçün rəsmi rəsmi İrəvana təzyiq göstərilməsinə çağırıblar.

Azərbaycan, Türkiyə və Finlandiya bayraqlarının dalğalandırıldığı aksiya zamanı "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünü dayandırın!", "Ermənistanın terrorunu dayandırın!" və s. şüarlar səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti