...

Baş Prokurorluq: Gəncədə ölənlərin sayı 12 nəfərə çatıb

Gündəm Materials 17 Oktyabr 2020 04:36 (UTC +04:00)
Baş Prokurorluq: Gəncədə ölənlərin sayı 12 nəfərə çatıb

Bakı. Trend:

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə Trendə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti