...

Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)

Gündəm Materials 23 Noyabr 2020 17:44 (UTC +04:00)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)

Bakı. Trend:

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində.

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində.

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək.

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti