...

BŞBPİ-yə yeni rəis müavini təyin edildi

Gündəm Materials 2 Dekabr 2020 11:00 (UTC +04:00)
BŞBPİ-yə yeni rəis müavini təyin edildi

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr dəyişikliyi olub.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifəni general-mayor Teymur Hacıyev daşıyırdı. T.Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti